Monday, July 24, 2006


Fatimə Zərrin Tac Qurrət ul-Eyn (1816-1852):

Türk –Azərbaycanlı ozan, bilgin, devrimçi.




Azərbaycan’ın Zəncan şəhərində İran’da ilk anti monarşist-demokratik xalq ayaqlanmasına öndərlik edən Babi məzhəbi böyüklərindən. O İslam/Şiə düşüncəsi və Şeyxi/Babi/Bahayi tarixindən əlavə, həm ədəbiyyat tarixi, həm qadın haqları mucadiləsi, həmi də despotism-dini fundamentalismə qarşı demokratik-silahlı xalq usyanına rəhbərlik etdiyi üçün, Türk/Azərbaycan, İran, Orta Şərq və İslam tarixində doğurdan da mustəsna bir yərə sahibdir.

Fatimə'nin ləqəbi Zərrin Tac idi. Qurrət ul-Eyn isə Seyid Kazım Rəşti, və Tahirə, Bab tərəfindən ona vərilən ləqəblərdir. Fatimə Zərrin Tac'ın atası Hac Məhəmməd Molla Salih Bərəqani Hayəri Azərbaycan’ın Bərəqan, və anası Aminə Xanım Azərbaycan’ın Qəzvin şəhərindəndirlər. Bunların hər ikisi də fəqih və muctəhid idilər.

Zərrin Tac İran'da örtünməsiz (türbansız-çadrasız) ərkəklərlə elmi dartışma və siyasi faaliyətlərdə iştirak ədən ilk qadınlardan biridir. Onun Türkcə və Farsça şe’rləri vardır.

Zərrin Tac öndərliyində dinsəl reformlar adı ilə başlayan Babi Harəkəti, tamamıyla sinifsəl-siyasi və dəmokratik bir harəkətə çəvrilmişdir.

1847'də Mazəndəran əyalətində Bədəşt çölündə Fatimə Zərrin Tac Qurrət ul-Eyn, ginə eyni ildə Qurrət ul-Eyn və Azərbaycanlı Türk ruhani Molla Məhəmməd Əli Zəncani öndərliyində Azərbaycan'ın Zəncan şəhərində sosiyal adalətsizlik və İmami dini fanatizminə qarşı ilk xalq silahlı ayaqlanması patlaq vermişdir. Zəngan Babi xalq isyanının basdırılması sırasında 15.000 Türk öldürülmüşdür. Bayan Zərrin Taç Qurrət ul-Eyn isə tutuqlandıqdan sonra Tehran'da boğularaq e’dam edilmişdir.

Dadaş Qraqoyunlu Qızılbaş

0 Comments:

Post a Comment

<< Home