Saturday, July 15, 2006


Qurrət ul-Eyn və Zəngan Babi isyanı




Bab’dan sonra Babiliyin ikinci şəxsi diyəbilərik ki milliyyətcə Türk olan xanım Qurrət ul-Eyn’dir. Şair olan və üç dildə şe’rlər yazan Qurrət ul-Eyn, feodal əleyhdarlığı, bütün insanların, arvat-kişinin bərabərliyini mudafiə, vergilərin qaldırılması v.s. kimi demokratik məzmunları Babiliyə soxan şəxsdir.

Azərbaycan-i Xəmsə Babiliyin ortaya çıxdığı ilk gündən bu hərəkətin İran’daki ən güclü mərkəzi olmuşdu. Zəncan şəhərinin məşhur ruhanisi (Huccət-i Zəncani) Babiliyə geçincə şəhər əhalisinin böyük bölümü Babiliyi qəbul etdi.

Babilərin ən böyük usyanları və İran tarixində Azərbaycan-Türk Qacar Monarşizminə qarşı ilk silahlı xalq usyanı ginə Azərbaycan’ın Zəncan şəhərində olmuşdur.

Bab’in 1850’də e’dam ədilməsindən sonra Cənubi Azərbaycan və İran’da ilk dəfə çadırasız kişilərlə elmi bəhslərə qatılan Qəzvinli Qurrətuləyn başçılığında Babi Xalq Usyanı başladı (1850-1). İran’dakı Babi Usyanlarının ən geniş və ən uzun sürəni olan bu usyanda arvatlar da kişilərlə birlikdə ələ silah alıp savaşa qatıldılar. Bu xalq usyanının əzilməsindən sonra 2000’ə yaxın əsir Türk Babi linç edildi.

Qurrətuleyn özü də 36 yaşında ikən Fars Mirzə Aqa Xan Nuri’nin əmriylə Tehran’ın Elxani Bağı’nda boğularaq öldürüldü. Zəncan Usyan’ı Azərbaycan’ın ortaçağ’dan modern çağa geçişinin başlanqıcı sayılır.

Dadaş Qraqoyunlu Qızılbaş

0 Comments:

Post a Comment

<< Home