Saturday, July 15, 2006


Tahirə Qürrətüleyn: Azərbaycan'ın Azad Qadını

Azərbaycan'da bu hərəkata Həzrət Bab'ın ən yaxın ardıcılı, Azərbaycan'ın görkəmli şairə qadını Tahirə Qürrətüleyn başçılıq edirdi. Tahirə xanım Həzrət Bab'ın gətirdiyi Yeni İlahi qaydalara uyğun olaraq İslam şərqində çadrasını atmış ilk Müsəlman qadını idi. (bax: Ə. Cəfərzadə «Azərbaycan'ın aşıq və şair qadınları», Bakı, «Gənclik» nəşriyyatı, 1991; Ə. Cəfərzadə «Zərintac Tahirə», Bakı, Göytürk, 1996). Hərəkat yatırılarkən Tahirə Qürrətüleyn xüsusi qəddarlıqla qətlə yetirilmişdir.

Zəncan'da 1850-ci il Babi üsyanı zamanı üsyançılar arasında Zeynəb adlı çox gənc Azərbaycanlı (Türk) qız da olmuşdur. Tarix elmləri doktoru, profesor Zülfəli İbrahimov bu qəhrəman qız haqqında yazmışdır: «Son dərəcə şücaətli olduğuna görə Zəncanlılar bu qıza «Şahnamə»'nin qəhrəmanı Rüstəm'in adını vermişdi. Xalq ona Rüstəmə deyirdi». Başqa tədqiqatçı, tarix elmləri doktoru, profesor Sabir Gəncəli yazır: «Şah qoşunları dəfələrlə hücum edib, Rüstəmə'nin müdafiə etdiyi istehkamı tutmağa cəhd göstərmişdilərsə də buna müvəffəq ola bilməmişdilər. Rüstəmə döyüşdə deyil, yatdığı yerdə cəsus əliylə öldürülmüşdür».

İllər keçəcək və təqribən 70 il sonra Sovet hakimiyyəti dövründə çadranı atmaq və qadın azadlığı Azərbaycan'da kütləvi hərakata çevriləcək, bu hərakat 30-40-cı illərdə Türkiyə və Orta Asiyaya, 50-ci və sonrakı illərdə İslam Şərqi'nin bir sıra ölkələrinə yayılacaqdır. Bakı meydanlarının birində ucaldılmış çadrasını atan «Azad qadın» heykəli Azərbaycan Bəhailəri üçün Tahirə Qürrətüleyn və Zeynəb'in daşa dönmüş arzuları idi.

0 Comments:

Post a Comment

<< Home