Saturday, July 01, 2006

عبدوالبها´نين سيسانلى لارا (گونئى آذربايجان) يازديغى لووح


Turkish Lawh For Saisanis (Of South Azerbaijan) By Abd ul-Baha

عبدولباهاˊنين سيسانليلارا (گونئى آزه‌ربايجان) يازديغى توركجه لؤوح

احيببا-يى سيسان "عليهم بهاءالله"!

ائى منيم يارلاريم و ياوه‌رله‌ريم!

خولوص-ى مئهر و محه‌ببه‌ت-ى صيرفه‌ده‌ن عيباره‌ت اولان نامه‌له‌رى، جان و اوره‌ييمه آشيرى دره‌جه‌ده تا‌ثير ائيله‌دى؛ هه‌يه‌جان و راحه‌ت-ى ديل و جان حاصيل اولدو.

سيسانˊداكى دوستان، هر بيرى يار-ى صاديق، دوست-ى مووافيق اولوب؛ سبه‌ب-ى روح و رئيحاندير، و اونلارى جان و گؤيلوم سئوه‌ر. زيرا حقيقه‌ته رهبه‌ر، و پيش-ى نظه‌ر و درگاه-ى احه‌ديييه‌ته موقه‌رره‌ب، هر بيرى بير بؤيوك سروه‌رديرله‌ر.

اونلارى ياد ائتديكجه، ديدارلارى تخه‌ططور اولوندوقجا، خاطير، رووضه-يى ريضوان اولور؛ باغ-ى جنان اولور، گولشه‌ن-ى اسرار اولور، موشكات-ى انوار اولور، و مله‌كوت-ى ابهايا تضه‌رروع و ايبتيهال اولونور؛ و ياران-ى عزيزه الطاف-ى خفيييه ريجا اولونور.

رببيم تاييد ائده‌ر، تووفيق ائده‌ر، تحسين ائده‌ر؛ هيدايت-ى كيبرييانى، مووهيبه‌ت-ى عوظمانى، سعاده‌ت-ى دونيا و اوخرانى تقدير ائده‌ر و غم و كده‌رى فره‌ح و سورور ايله تبديل ائده‌ر.

هر دم مونير-ى مله‌كوت-ى ابهادان تاييد ديله‌ره‌م؛ تكريم ديله‌ره‌م و احيببا-يى سيسان، عومومه تكبير ائديره‌م و ايشتيياقيمى تحرير ائديره‌م و "عليكم البهاء الابهى".


Turkish Lawh For Saisanis (Of South Azerbaijan) By Abdul-Baha
Əbdül-Baha’nın Sisanlılara (Güney Azərbaycan’da) Yazdığı Türkcə Lövh

Əhibbâ-yi Sisan Əleyhüm Bahâ-ullah!


Ey mənim yarlar və yâvərlərim!


Xulus-i məhz və məhəbbət-i sirfədən ibârət olan nâmələri, can və ürəyimə aşırı dərəcədə tə’sir eylədi.

Həyəcan-i vicdan və râhət-i dil və can hâsil oldu.

Sisan’dakı dustan hər biri yâr-i sâdiq, dust-i muvafiq olub, səbəb-i ruh və reyhandır və onları can və göylüm sevər, zira həqiqətə rəhbər və piş-i nəzər və dərgah-i əhədiyyitə müqərrəb, hər biri bir böyük sərvərdirlər.

Onları yad etdikcə didârları təxəttür olunduqca xâtir rövzə-yi rizvan olur, bâğ-i cənan olur, gülşən-i əsrar olur. Müşkât-i ənvar olur və mələküt-i əbhaya təzərrü’ və ibtihal olunur və yarân-i əzizə əltâf-i xəfiyyə rica olunur.

Rəbbim tə’yid edər, təhsin edər, hidâyət-i kibriyanı, mövhibət-i uzmanı, səadet-i dünya və uxranı təqdir edər və qəm və kədəri fərəh və surur ilə təbdil edər.

Hər dəm münir-i mələküt-i əbhadan tə’yid dilərəm, təsrir dilərəm, təkrim dilərəm və əhibba-yi Sisan umuma təkbir edirəm və iştiyaqımı təhrir edirəm və əleyküm əl-bəha əl-əbha!

0 Comments:

Post a Comment

<< Home